Hadisə
15.08.2022
76
Göyçay rayonunda 3 nəfər dağlıq ərazidə itkin düşüb.
Operativ24.Az apa-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında Göyçay sakinləri, şəhərin Şimal istiqamətindəki dağlıq ərazidə itmiş qoyunlarını axtararkən dərəyə düşüblər.
Köməksiz vəziyyətdə qalan şəxslər FHN-in “112” qaynar xətt mərkəzinə məlumat veriblər.
Hadisə yerinə cəlb edilən xilasedicilər hazırda itkin düşən şəxslərin tapılaraq çıxarılması üçün əməliyyat tədbirləri həyata keçirir.
Əlavə məlumat veriləcək.