14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
Bu gün Fəxrəddin Manafovun 67 yaşı tamam olur - FOTO
Mədəniyyət 2.08.2022 70

Bu gün Xalq artisti Fəxrəddin Manafovun ad günüdür. 


Operativ24.Az xəbər verir ki, aktyorun 67 yaşı tamam olur.

Fəxrəddin Manafov 1955-ci ilin məhs bu günü Xankəndidə dünyaya gəlib. 1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.

Manafov 1971-1974-cü illərdə A.M.Şərifzadə adına aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib.

Xalq artisti 1989-1993-cü illərdə "Yuğ" Dövlət teatrında aktyor işləyib. 1978-ci ildən bu günədək Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilib.

Fəxrəddin Manafov 45 illik yaradıcılığı boyunca bir çox ekran işində müxtəlif obrazlar canlandırıb.

Onlar arasında "Evləri köndələn yar" (Şamil), "Gecə qatarında qətl" (Rüstəm), "Doğma sahillər", "Əlvida, cənub şəhəri" (Rza), "İşgüzar səfər" (Ənvər) kimi filmlər var. 

Aktyoru ən çox məşhurlaşdıran və sevdirən isə "Təhminə" filmindəki Zaur obrazı olur. Sözügedən ekran işi 1993-cü ildə çəkilib.

Fəxrəddin Manafova sənətdəki xidmətlərinə görə fəxri adlar verilib. O, 1987-ci ildə Azərbaycanın Əməkdar artisti, 2000-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. 

Aktyor Azərbaycan dövlət televiziyasının diktoru Vahidə Sadıqova ilə evli olub. Vahidə xanım ötən ilin martında 65 yaşında dünyasını dəyişib.

//Baku.ws






Starxeber Bizi instagramda izləyin