17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Burnumdan çıxdı, bütün bədənə yayıldı - Meymunçiçəyinə yoluxan türk danışdı
Dünya 1.08.2022 190

Bu ayın əvvəlində Londonda meymunçiçəyi virusuna yoluxduğu üçün xəstəxanaya yerləşdirilən 35 yaşlı Harun Tulunay xəstəlik müddətinin ağır keçdiyini deyib.




Medicina..az xəbər verir ki, Harun Tulunay bu barədə Ümumdünya Səhiyyə Təşkilatının saytına danışıb.


“Öləcəyimi düşündüm, bunu dəqiq xatırlayıram, yemək yeyə, maye qəbul edə bilmirdim, hətta tüpürcəyimi belə uda bilmirdim. İlk şikayətlər qızdırmadan başladı, əvvəlcə COVİD-19 olduğumu düşündüm, sonra narahat olmağa başladım. Limfa düyünlərim şişdi və ağrıyırdı. Qızdırmam 39,6 dərəcəyə qalxdı. Titrəməni kəsmək üçün ağrıkəsici və qızdırmasalıcı dərmanlar qəbul edirdim. 5-ci gün divanda uzandım, hərəkət edə və yata bilmirdim, özümü tək hiss etdim, ağrılarım isə dözülməz idi.


Meymun çiçəyi testinə göndəriləndə burnumda yalnız bir səpgi var idi. Təxminən bir qələm ucu ölçüsündə başladı, sonra böyüdü və daha ağrılı oldu. Boğazımdakı yaralara görə udmaq, yeyə və içə bilmirdim. Ağrılı idi. Analizinin müsbət çıxmasından sonra rahatladım, çünki indi nə olduğumu bilirdim. Amma yenə də qorxdum. Meymunçiçəyi olduğumu ağlıma gətirə bilməzdim, ağrının bu qədər şiddətli ola biləcəyini də düşünməmişdim. Nə qədər tənha olduğumu anladım. Dostlarımın və ya ailəmin məni ziyarət etməsinə icazə verə bilməzdim. Düşündüm ki, bu xəstəlikdən ölsəm, tək öləcəyəm.


Xəstəxanaya yerləşdirildikdən sonra simptomlar pisləşdi, 10 gün müalicə olunduqdan sonra evə buraxıldım. İstəyirəm ki, insanlar özünə baxsın və daha diqqətli olsunlar. Simptomlarınız varsa, özünüzü təcrid edin. Səpgi, qızdırma və əzələ ağrıları kimi simptomlara diqqət yetirin. Həmçinin öz sağlamlığınızın müdafiəçisi olun və hüquqlarınızı bilin. Peyvənd olunun. Əgər meymunçiçəyiinə yoluxmusunuzsa, müalicə olun” , - o, müsahibəsində dilə gətirib. /publika.az/






Starxeber Bizi instagramda izləyin