17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
“Deputat üçün 7455 manat da azdır” - Osman Gündüz
Sosial 1.08.2022 195

“Peşəkar deputat üçün, peşəkar formada qanun yaradıcılığı və deputat funksiyalarını yerinə yetirənlər üçün 7455 manatın da az olduğu qənaətindəyəm”.


Bakupost.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz sosial şəbəkə hesabında yazıb.



O xatırladıb ki, ötən həftə Prezident deputatın statusu haqqında qanuna dəyişikliyi təsdiqləyib: “Sıravi deputat hər ay 7455 manat əmək haqqı alacaq. Bununla da sıravi deputatların, komitə sədri və parlament sədrinin əmək haqları xeyli artmış oldu. Dəyişikliyə görə sıravi deputat üçün aylıq əmək haqqı 2485 manat, hər ay da əmək haqqının iki misli qədər əlavə ödəniş müəyyən olunub.


Yəni, deputatın əmək haqqı hər ay üçün 7455 manat olacaq.


Beləliklə , yeni qanuna görə sıravi deputat sosial ödənişlər və vergilər çıxıldıqdan sonra, hər ayda təxminən 6537 manat əmək haqqı alacaq”.


Osman Gündüz qeyd edib ki, əvvəllər sıravi deputatın aldığı əmək haqqı 4052 manat olub: “Deputatların əmək haqqının artırılmasına yanaşmanın doğru olmadığı haqqında əvvəllər də yazmışdım. Qısa olaraq bir daha qeyd etmək istərdim ki, bu tip yanaşma qüsurludur.


Yəni, peşəkar deputat üçün, peşəkar formada qanun yaradıcılığı və deputat funksiyalarını yerinə yetirənlər üçün 7455 manatın da az olduğu qənaətindəyəm.

Bu tip deputatlar isə olduqca az saydadır.

Əksəriyyət deputatlar isə, bəziləri özləri də etiraf edirlər ki biznesləri var, oliqarx həyat tərzi sürənlər var, milyonlarla vəsaitləri haqqında məlumatlar paylaşılanlar da var, bir çoxları obyektlərindən hər ay yüz minlərlə icarə haqqı toplayırlar.

Düşünürəm ki , bu tip deputatların əmək haqqına da eyni yanaşma sərgiləmək, onlara büdcədən əlavə vəsaitlər sərf etmək doğru deyil və qüsurlu yanaşmadır”.






Starxeber Bizi instagramda izləyin