İdman
1.08.2022
288
Bakıda şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnir keçirilib.
Operativ24.Az xəbər veri ki, Ciu-Citsu beynəlxaq turniri iyulun 31-də Bakı İdman Sarayında baş tutub. Turnirdə Azərbaycan, Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və Orta Asiya ölkələrindən tanınmış idmançılar yarışıb. Beynəlxalq turnirində mübarizə aparan idmançımız Elşad Hacıyev, bir qızıl və bir bürünc medal qazanıb.
Qeyd edək ki, beynəlxalq turnir Rövşən Veysəlov adına İdman Klubunun təşkilati dəstəyi ilə keçirilib.