14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
“Bura qız arxasınca gəlirsən?” - Elgünün qətlinin TƏFƏRRÜATI
Kriminal 30.07.2022 261

Tərtərdə 21 yaşlı gənci öldürən 18 yaşlı məktəblinin məhkəmə prosesi başa çatıb.


Operativ24.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elgün Qurbanlını bıçaqlayaraq qətlə yetirən 2004-cü il təvəllüdlü İlkin Nəzərov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il fevralın 23-də baş verib.

Hadisənin baş verməsinə gəlincə, təqsirləndirilən şəxs məhkmədə ifadəsində bildirib ki, hadisə günü sevdiyi qızı hazırlıqdan götürərək onun evlərində doğru hərəkət ediblər. Bu zaman İlkin qızın kefinin olmadığını görüb və bunun səbəbini soruşub. Aysu (ad şərtidir) heç nəyin olmadığını desə də, İlkin səbəbi öyrənməkdə israrlı olub. Bundan sonra Aysu Elgün adlı oğlanın ona söz atdığını, nalayiq ifadələr işlətdiyini bildirib.

İlkin Aysunu evə ötürdükdən sonra əvvəllər qiyabi tanıdığı, üzdən kim olduğunu bilmədiyi Elgün Qurbanlı İlkin Nəzərova yaxınlaşıb. O, İlkinə “Bura qız arxasınca gəlirsən? Bir də bu ərazidən keçmə, sənin üçün yaxşı olmaz” deyib.

Buna baxmayaraq, İlkin Elgünün sözlərinə əhəmiyyət verməyib. O, yalnız söhbət zamanı sevdiyi qıza söz atanın məhz Elgün olduğunu anlayıb. Tərəflər yolda söhbət edərkən Elgün İlkinə yumruq zərbəsi endirib, ona qarşı nalayiq ifadələr işlədib. Mübahisə zamanı İlkin cibindən çıxardığı bıçaqla Elgünün qarın nahiyəsinə iki bıçaq zərbəsi endirib.

Elgün bu zaman aldığı xəsarətləri görərək gəldikləri istiqamətə qaçmağa başlayıb, İlkin isə ərazidən uzaqlaşıb.

Elgün evə çatan zaman atasının həyətdə oturduğunu görüb həyəcanlı səslə “ata, məni vurdular” deyib və dizlərini yerə qoyub. Atası maşınla yaralı oğlunu Tərtər rayon Mərkəzi Xəstəxanasına aparıb. Orada oğluna ilkin tibbi yardım göstərilsə də, cərrahiyyə şöbəsinin həkimi olmadığı üçün oğlunu Bərdə Rayon Diaqnostika Xəstəxanasına aparmaq qərarına gəlib. Bu zaman maşında texniki nasazlıq yaranıb və Tərtər şəhərinin “Köhnə Avtovağzal” deyilən ərazisində maşını saxlayıb taksiylə yollarına davam ediblər. İş burasındadır ki, xəstəxananın qarşısına çatan zaman taksinin də benzini qurtarıb və onlar yola başqa bir taksi ilə davam ediblər.

Bərdə Rayon Diaqnostika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Elgün Qurbanlı bir neçə saat sonra dünyasını dəyişib. İlkin Nəzərov isə tutularaq istintaqa təhvil verilib.

Əlavə edək ki, qətli törədən İlkin Nəzərov Tərtər şəhər 2 saylı tam orta məktəbin 11-ci sinif şagirdi olub.






Starxeber Bizi instagramda izləyin