17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Məhərrəmlikdə nə olar, nə olmaz? - MÜTLƏQ OXUYUN!
Sosial 30.07.2022 115

“Məhərrəm ayı haram aylardan sayılır və bu ayda yalnız müharibə edilməsi qadağandı. Sadəcə olaraq biz Məhərrəm ayını İmam Hüseynin və onunla birgə olanların şəhadətinə görə dərin ehtiramla keçiririk”.


Bu sözləri Operativ24.Az-a Məhərrəm ayı ilə bağlı açıqlamasında Heydər məscidinin axundu Hacı Rüfət Qarayev dedi. Axundun sözlərinə görə, ümumilikdə Məhərrəm və Səfər ayında insanlar digər aylardakı həyat tərzindən bir az fərqli yaşayırlar, bu ayların ehtiramını saxlayırlar. Bəzən suallar ünvanlanır ki, bu aylarda qurban kəsmək olarmı, olmazmı? Bunların Məhərrəmliklə heç bir əlaqəsi yoxdur”.

Bu suala cavabında isə Hacı Rüfət bildirdi ki, bu çox şaxəli məsələdi, əslində bunlar özü-özlüyündə doğrudursa əlbəttə haram, günah deyil: “Məsələn, bir ad günü şənliyi öz axarından çıxırsa, çalğı ilə, musiqi ilə, fişəng atmaqla və s. keçirilirsə bu doğru deyil. Bu ayın hörməti, ağırlığı var. Əgər biz öz əzizimiz dünyasnı dəyişəndə necə ehtiram olaraq onun ruhuna Quran oxutdurub, dua edib, ehsan veririksə bu günlərdə də eynisini edə bilərik. Çünki, Peyğəmbərimizdən hədis var: “Məni özünüzdən, ata-ananızdan, övladınızdan, var-dövlətinizdən, hər şeyinizdən artıq sevmədikcə həqiqi iman etmiş olmazsınız”. Bu ayların ehtiramını saxlayanlar iman sahibləridir. Bu baxımdan Allahın Rəsulu (s.a.s) buyurular ki, Hüseyn məndəndi, mən də Hüseyndənəm. Əgər İmam Hüseyn adına süfrə açılıb orda bir plov bişiriləcəksə, həmin gün uşağın da doğum günüdürsə, burda heç bir problem yoxdur. Onsuz da normalda da, bir toyda, məclisdə spirtli içki varsa o haramdı. Kişi və qadın olan bir yerdə istənilən formada normativlər qalxırsa, şəriətin ölçüləri qalxırsa bu haramdı. Bu istər Məhərrəm ayında olsun, istər başqa aylarda”.

Məscid axundu dedi ki, siz Allah qatında məqamınızı bilmək istəyirsinizsə, Allahın sizin yanınızda, qəlbinizdə məqamına baxın: “Biz insanlar Allahın dininə, İslama nə qədər dəyər veririksə, o qədər də Allah qatında dəyərli olmuş oluruq. Əslində ayların hamısı eynidi, ayı dəyərli edən həmin ayda olan ağır hadisələrin olmasıdır. İmam Hüseyn və 72 şəhid, xüsusilə onlar arasında Azərbaycandan da olan iki şəhidin olması ruhaniyyətlərinə olan ehtiramdı. Məsələn, biz necə Xocalı hadisəsinin il dönümü günü toy, şənlik etmiriksə, bu günlər də daha ağır, dərin faciədir. Bütün bəşəriyyətə, insanlığa verilən şəhidlik məktəbidir. Bu gün seyid Mübariz İbrahimov Azərbaycan uğrunda şəhid olubsa, onun seyidliyi İmam Hüseyndən gələn bir silsilədir. Mübariz ordan öyrənmişdi o şəhidliyi ki, vətən uğrunda fədakarlıq göstərdi. Biz övladlarımıza Məhərrəm ayında İmam Hüseyni, Kərbəlanı, şəhidliyin nə olduğunu anlatsaq, təbii ki, onlar da vətənini sevən insan kimi yetişəcəklər”.






Starxeber Bizi instagramda izləyin