10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Karate üzrə beynəlxalq yarışlara könüllü qəbulu elan edilir
Sosial 29.07.2022 195

Azərbaycan Milli Karate Federasiyası 2-4 sentyabr tarixlərində Bakı şəhərində keçiriləcək Karate 1 – Premyer Liqa yarışları üçün könüllü proqramı elan edir. 
“İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən Operativ24-ə məlumat verilib ki, iki gün davam edəcək yarışlarda 80-a dək ölkədən 400-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaq. “İdman dostluqdur” şuarı ilə keçiriləcək turnirdə 100-ə yaxın beynəlxalq hakimin iştirakı nəzərdə tutulur. Yarışın əsas tərəfdaşları Dünya Karate Federasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Milli Karate Federasiyası və “İrəli” İctimai Birliyidir.
Qeyd edək ki, ilk dəfə Premiyer Liqa yarışları 2011-ci ildə Dünya Karate Federasiyasının təşəbbüsü ilə keçirilib. Liqa özü ilə beynəlxalq dərəcəli karateçilərin iştirak etdiyi bir sıra mötəbər yarışları birləşdirir. Yarışlar bu il Azərbaycan ilə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, Portuqaliya, Mərakeş, Amerika Birləşmiş Ştatlarında da keçiriləcək.
İki gün davam edəcək yarışlarda könüllü kimi fəaliyyət göstərmək istəyən 16-29 yaş aralığında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/3oqfyyP 






Starxeber Bizi instagramda izləyin