20:49 PLASTİK CƏRRAHLARIN SERTİFİKAT DÜYÜNÜ: XAOS NƏYƏ XİDMƏT EDİR?  |     12:59 Turizmin beşiyi olan tarixi kəndlər  |     02:00 İranə Kərimova: ““Bəlkə də” filminin treyleri izləyəndə elə bilirlər ki...  |     09:39 İnanılmaz! Anar Nağılbaz ölümündən sonra...  |     15:57 “MOXO” diqqət testinin təqdimatı olub  |     15:32 Antalya turizminin tacı Belek – FOTOLAR  |     20:33 Bakıda "Netvorkinq" seminarı baş tutdu  |     13:59 Pakistanın səfiri Azərbaycana başsağlığı verib  |     16:12 Park Cinemada növbəti Qala Gecə baş tutacaq!  |     13:48 CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin Qala gecəsi keçirilib-FOTOAR-VİDEOLAR  |     23:06 Təhlükəsiz İnfokommunikasiya və İnformasiya Təhlükəsizliyinin Təmin Olunması (KİTX)  |     17:12 Azər Aydəmir evlilikdə hansı tendensiyası pislədi? –  |     11:42 “Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır  |     17:15 Ekoturizm paytaxtı 2025: Ərzurum qış macəralarına hazırlaşır  |     15:30 Park Cinemada “Apatiya 2” filminin Qala Gecəsi - VİDEO  |     15:09 "Ganjavi Holding"in prezidenti Elşən Gəncəvi növbəti mukafata layiq görülüb-FOTOLAR  |     13:48 “Najafsoy Group” mukafata layiq görülüb-FOTOLAR  |     10:57 Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının illik ümumi iclası keçirilib  |     11:32 Tarixi kəşf: Müqəddəs Nikolay kilsəsində Sarkofaq tapıldı  |     10:43 Türkiyənin incisi adlandırılan, dünyanın ən qədim şəhəri olan Van  |    
Ac qarnına yaşıl alma yeməyin faydaları
Maraqlı 27.07.2022 276

Ən faydalı meyvələrdən biri olan yaşıl almanı necə istehlak etməyi bilirsinizmi? Hər gün aç qarnına yaşıl alma yeyərək almanın faydalarından ən yüksək səviyyədə faydalana bilərsiniz. Bəs bu faydalar hansılardır?


Operativ24.Az  xəbər verir ki, yaşıl alma arıqlamağa kömək edir

Cəmi 80 kalori olan bir ədəd yaşıl alma tərkibində bol miqdarda karbohidrat və amin turşusu ehtiva etməklə olduqca enerji verən bir meyvə sayılır. Sağlam bir şəkildə arıqlamaq istəyirsinizsə hər gün ac qarınına yaşıl alma yeyərək həm tox, həm də enerjili qala bilərsiniz.

Şəkər xəstəliyini önləyir

Xalq arasında şəkər xəstəliyi olaraq tanınan diabeti, önləyən təbii məhsullar arasında yaşıl alma da iştirak edir. Səhərlər ac qarınına istehlak edəcəyiniz yaşıl alma bədənin ehtiyac duyduğu şəkər miqdarını azaldır və bədəni şəkər xəstəliyinə qarşı qoruyur.

Ürək-damar sağlamlığını qoruyur

Ac qarnına yaşıl alma istehlakının ürək sağlamlığı üzərindəki təsirləri:

- Yüksək xolesterolu nizamlayan yaşıl alma arteriyalarda tıxanmanın meydana gəlməsini önləyir,

- Tərkibində kalium ehtiva edən yaşıl alma, əzələləri və ürəyi qoruyan elektrolitləri nizamlayır,

- Alma istehlakı ürəkdə və beyində müxtəlif təsirlərə səbəb olan iltihabları önləməyə köməkçi olur.

Həzm sistemini nizamlayır

Tərkibində bol miqdarda lif ehtiva edən yaşıl alma, hər səhər ac qarnına istehlak edildiyində, xroniki qəbizlik narahatlığına müalicəvi bir təsir göstərir.

Beyin sağlamlığını qoruyur

Güclü bir antioksidant olan yaşıl alma beyinə zərər verən sərbəst radikalların meydana gəlməsini önləyir. Tərkibində iştirak edən C vitamini, maqnezium və flavanoidlər birlikdə hüceyrələrin yenilənməsinə və beyin hüceyrələri üçün oksigenin istehsalına köməkçi olur.






Starxeber Bizi instagramda izləyin