14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
Azərbaycanda koronavirusa yoluxma hallarının artmasının səbəbləri AÇIQLANDI
Koronavirus 25.07.2022 138

Son günlərdə koronavirusa yoluxma hallarının artmasının səbəbləri açıqlanıb.


Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev mütəxəssislər artımı bu ilin iyun ayından yayılan və əvvəlkilərdən daha yoluxucu olan virusun yeni variantları ilə əsaslandırırlar.


"Omikron indi epidemiyanın aparıcı qüvvəsidir, 7 ayda 290 milyon insanı yoluxdurub. Onun öldürücülük qabiliyyəti təxminən 0,35 faizdir və peyvəndləmənin aktiv şəkildə aparıldığı dövlətlərdə bu rəqəm daha aşağıdır. Epidemioloqlara görə, pandemiyaya qarşı tədbirlərin yumşaldılması və ya tamamilə ləğvi yoluxucu ştamların ölkələrin sərhədləri boyunca daha sürətlə yayılmasına kömək edir. Amma müsbət xəbərlər də var. Ağırlaşma və ölüm hallarının sayı alfa, beta, qamma və ən təhlükəli delta kimi ştamların üstünlük təşkil etdiyi əvvəlki dövrə nisbətən xeyli azdır. Əlbəttə, bu ümidverici vəziyyətin yaranması peyvəndləmə səviyyəsi ilə sıx bağlıdır. Lakin buna baxmayaraq, infeksiyaların sayının artması, delta ştamları nisbətində olmasa da, ölüm hallarının artmasına səbəb ola bilər. Məhz bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həyəcan təbili çalmağa başladı”, - o qeyd edib.






Starxeber Bizi instagramda izləyin