14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
Növbəti dalğa daha böyük olacaq! - HƏKİMDƏN XƏBƏRDARLIQ
Koronavirus 25.07.2022 111

Omikron "kentavr” ştammının bir alt növü payızda xəstəliyin alovlanmasına səbəb ola bilər.


 

Operativ24.Az xəbər verir ki, bu barədə tibb elmləri doktoru Anton Erşov danışıb.

 

"Növbəti kovid dalğası yoluxmaların sayı baxımından daha böyük olacaq, çünki bu, payızda mövsümi SARS ilə üst-üstə düşəcək” , - həkim qeyd edib.

 

Xatırladaq ki, BA.2.75 subvariantı ilk dəfə 2022-ci ilin yayında Hindistanda kəşf edilib və orada kifayət qədər sürətlə yayılıb. İyunun 12-də infeksiyaların 2%-ni təşkil edirdisə, bir ay sonra bu rəqəm artıq 23%-ə çatıb. İyul ayında dünyada yayılmağa başlayan "kentavr” bu gün ondan çox ölkədə qeydə alınıb. Virusoloqlar onun adi omikrondan daha da yoluxucu ola biləcəyini ehtimal edirlər, lakin onun xüsusiyyətləri hələ tam müəyyən edilməyib.

 

Məlum olub ki, bu yarımnöv yalnız yoluxuculuğu ilə deyil, həm də yüksək patogenliyi ilə məşhurlaşan orijinal omikron və delta ştammının bir növ hibrididir. Deltadan virus S-zülalında mutasiya alıb, eyni koronavirus "tikanı”vasitəsilə hüceyrəyə daxil olur. Bunun üçün onu qeyri-rəsmi olaraq "kentavr” adlandırırdılar.

"Əslində, bu, ilk belə hibrid deyil. Belə mutantlar çoxdan yaranıb və onlar heç bir təhlükə yaratmır”, - həkim bildirib.

 

Tibb elmləri doktoru əmindir ki, bir çox digər viruslar kimi koronavirus da yoluxuculuğu artırmaq və patogenliyi azaltmaq üçün daim mutasiyaya uğrayır, modifikasiyalar eyni istiqamətdə gedir. Onun fikrincə, "kentavr” bu cərəyanın ən bariz nümunələrindən biridir və xəstəliyi daha da ağırlaşdırmır.

 

Tibbi proqnozlara görə, daha bir neçə oxşar koronavirus dalğasından sonra cəmiyyət ona bu qədər diqqət yetirməyəcək. Anton Erşov pandemiyanın sona çatdığına dair əminliyini ifadə edib.

 

"Bu, yalnız siyasi səbəblərə görə bitə bilməz, çünki dünyanın müxtəlif əczaçılıq şirkətləri çox sayda peyvənd istehsal edib, onlar indi, əlbəttə ki, məhsulu satmaq istəyirlər. Bu səbəblərdən Ümumdünya Səhiyyə Təşkilatına təzyiq edə bilərlər”, - Anton Erşov yekunda bildirib. (Publika.az)






Starxeber Bizi instagramda izləyin