İdman
21.07.2022
200
"Qəbələ" bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Fehervar"la (Macarıstan) ilk oyununu keçirəcək.
Yenisabah.az xəbər verir ki, "Sosto Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
“Qəbələ” “Fehervar”dan üstün olsa, növbəti raundda “Petrokub-Hinçesti” (Moldova) - “Laçi” (Albaniya) cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, "Qəbələ" ilə "Fehervar" arasındakı cavab oyunu 1 həftə sonra Qəbələdə olacaq.
Konfrans Liqası, 2-ci təsnifat mərhələsi
İlk oyun
21:30. "Fehervar" (Macarıstan) - "Qəbələ" (Azərbaycan)
Hakimlər: Kaspar Syöberq, Maxs Robin Vilde, Andreas Svensson, Qranit Maqedonci (İsveç)
"Sosto Arena"