Koronavirus
19.07.2022
180
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2342 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Operativ24.Az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 527, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 175, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1382, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 258 nəfərdir.