Xəbər verdiyimiz kimi, Ağcabədi rayonunda qardaş bacısını öldürüb.
"Unikal"ın əldə etdiyi məlumata görə, onlar əslən Laçın rayonundandırlar. Məcburi köçkün düşdükdən sonra Ağcabədidə məskunlaşıblar. Bayram Xudaverdiyev ailə münaqişəsi zəmnində bacısı Lamiyə Abdullayevanı bıçaqlayaraq qətlə yetirib.
L.Abdullayeva ailəli olub, 2 azyaşlı övladı var.
Murad İbrahimli
***
10:02
İyulun 17-i saat 18 radələrində Ağcabədi rayonu, Aran kəndi yaxınlığında 1992-ci il təvəllüdlü Lamiyə Abdullayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ağcabədi rayon prokurorluğundan "Unikal"a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qardaşı 1996-cı il təvəllüdlü Bayram Xudaverdiyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Lamiyə Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bayram Xudaverdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam edir.