Kriminal
14.07.2022
97
Ötən gün Tovuz rayonunda qətl hadisəsi baş verib.
OX24.COM xəbər verir ki, kənd sakini, 1992-ci il təvəllüdlü Əhmədov Nicatın həyat yoldaşı 1998-ci il təvəllüdlü Əhmədova Nuranənin boğazını kəsərək övladlarının gözü qarşısında öldürüb.
İlkin məlumatlara görə, hadisəyə səbəb Nuranənin Bayraməli adlı şəxs tərəfindən şantaj edilməsi və kənddə yayılan söz-söhbət olub.
Mərhumun bacısı bildirir ki, Nicat Nuranə və uşaqları ilə birgə Gəncədə nənəsinin evində qalacağını bildirib. Lakin yarım saat sonra Nicatın Nuranənini öldürmə xəbəri gəlib.