Hadisə
4.07.2022
205
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında intihar baş verib.
Operativ24.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, iyulun 2-də xəstəxanada müayinəyə gəlmiş 1986-cı il təvəllüdlü Aysel Xəlilova özünü klinikanın 10-cu mərtəbəsindən atıb. O, binanın 4-cü mərtəbəsinin eyvanına çırpılaraq vəfat edib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.