17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
MTV Kərimin efirdə qadınları təhqir etməsinə görə cərimələndi
Maqazin 1.07.2022 252

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Audiovizual Şurasının yayım zamanı qanunvericiliyin pozulması faktı ilə əlaqədar iclası keçirilib.


Operativ24.Az  xəbər verir ki, bu barədə Şura məlumat yayıb.

Bildirilib ki, iclasda MTV televiziya kanalının efirində 25 iyun 2022-ci il tarixdə saat 12.00–13.00 arası yayımlanan "MTV maqazin" proqramında "Media haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinin (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin təbliğ olunması) tələbinin pozulması faktı müzakirə olunub.

Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası "Muz TV Azərbaycan" peyk yayımı həyata keçirən platforma yayımçısına bir daha belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edilməsi barədə qərar qəbul edib.

Buna səbəb isə Kərimin boşanan qadını efirdə təhqir etməsi olub. Belə ki, Kərim açıqlamasında boşanan qadını "yazıq" adlandırıb:

"Kişi edib, qadın bağışlamalıdır. Kişi istədiyinə çatır, sonranı düşünmür. Kişini bağışlamaq olar: yaxşı kişidirsə, ailəsinə baxırsa... Bir xətadır edib.

Kişi gedib ikinci dəfə evlənəcək, ay yazıq qadın, sən nə edəcəksən? Gedib boşanacaqsan, uşaqla qalacaqsan evin bir küçündə. Bəlkə ərə gedəcəksən, o da bilinmir, uşaqla kimdir səni alan? Ya da aliment alacaqsan, oturacaqsan evdə tək. Boşandın, bitdi. Sevirsənsə, qəbullanıb oturacaqsan. Boşananların 99 faizi peşmandır. Oturur evdə, ailə yox, bir uşaq, ərə gedə bilmir, saxlayanı yoxdur, dincələ bilmir. Nə xanım kimi xanımdır, nə nökər kimi nökərdir. Ər yoxdursa, işləməlidir. Bütün yük qadının üstündədir. Bağışla getsin, buna görə ailə dağıdarlar?

Mən də nəsə etsəm, evdə bilsələr, ailəm dağılar. Yol vermərəm, onu yola gətirə bilərəm. Amma bir dəfə, ikinci dəfə etsəm, deyəcək get".






Starxeber Bizi instagramda izləyin