17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Son 5 ay ərzində ölkəmizə 15 min tondan çox ət idxal olunub
Sosial 30.06.2022 221

Son 5 ay ərzində ölkəmizə 15 min tondan çox ət idxal olunub. Dövlət Gömrük Komitəsinin təqdim etdiyi hesabatda bu haqda məlumatlar öz əksini tapıb. Məsələ ilə bağlı “Xəzər TV”-də yayımlanan “Xəbər ertəsi” verilişində maraqlı araşdırma efirə gedib. Süjetdəki sorğuda iştirak edən respondentlərin əksəriyyəti yerli istehlakçıların məhsullarından istifadə etdiklərini bildiriblər: “Çox vaxt marketlərdən ət almırıq, gözümüzün qarşısında kəsilən dananın ətindən almaq daha yaxşıdır”. 

Xaricdən gətirilən ətin keyfiyyətinə və dadına etibar etməyən sorğu iştirakçıları isə bildiriblər ki, belə heyvanların saxlanma şəraitinə də diqqət yetirilməlidir. 
Bəs idxal olunan əti kimlər alır və harada istifadə olunur? İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev deyir ki, ölkəmizə əsasən iribuynuzlu mal və toyuq əti idxal olunur. Bu məhsullar isə əsasən istehsalatda istifadə edilir :“Xaricdən gətirilən ət məhsulları əsasən kolbasa, sosis və konservləşdirilmiş qidalarda istifadə olunur. Xərclərin aşağı salınması, eləcə də əhaliyə ucuz və keyfiyyətli məhsulların təqdim edilməsi istehsal prosesini həyata keçirən şirkətlərin başlıca məqsədlərindəndir”.  
İqtisadçının sözlərinə görə, konservləşdirmə müəssələri bu yolla məhsulun maya dəyərini 50 faizə qədər azalda bilirlər. Ruslan Atakişiyev bəzi ictimai iaşə obyektləri və dönərxanaların da bu üsuldan yararlandıqlarını istisna etmir.
Paytaxtdakı dönərxanaların birində fəaliyyət göstərən Cavid usta isə deyir ki, idxal olunan ətlər rənginin qaralığı və dadı ilə yerli məhsullardan seçilir: “Buna görə də biz Buzovna qəsəbəsində yerləşən fermamızdan gələn ət məhsullarından istifadə edirik”. 
Qeyd edək ki, Azərbaycana mal əti daha çox Belarus, Braziliya və Hindistandan, diri ev quşları isə Türkiyə, Rusiya və Gürcüstandan gətirilir.






Starxeber Bizi instagramda izləyin