17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Vüsalədən Zaur Kamala dəstək: “Mən də olsam, o addımı atardım” - ÖZƏL
Maqazin 30.06.2022 121

Aparıcı Vüsalə Kərimova həmkarı Zaur Kamalın efirdə qonaq olan iranlı müğənni Afşin Azərini efirdən qovmasına münasibət bildirib.


Oxu.Az-a açıqlama verən Vüsalə Kərimova həmkarına dəstək olaraq: “Siz qovmaq nədir, görməmisiniz”, - deyib.

“Bizim cəmiyyət aparıcını, televiziyanı qınamaqda nömrə birdir. Əllərinə bir daş keçən kimi daşlamağa başlayırlar, onlar üçün ən pis adam oluruq. Sıralamaya qoysaq, bəlkə də, Zauru qınayanlar heç özləri o müğənnini tanımırdılar. Şəxsən mən özüm o müğənninin nə adını eşitmişəm, nə üzünü görmüşəm, nə də mahnısını eşitmişəm.

Bəlkə də, yaxşı oxuyur, İranda tanınır, ancaq mən onun haqqında eşitməmişəm. Düz söz deyən adamı həmişə daşqalaq edirlər, eynilə Zauru etdikləri kimi. İzləyici efir öncəsi məqamları bilmir, söhbətin içini bilmədən aparıcını tənqid etməyə başlayırlar. Efirdən öncə həmkarlarını təhqir edibsə, bilməlidir ki, jurnalistin yanında söz demək olmaz, çünki jurnalist öz peşəsini, işini hər zaman öndə tutur, ona efiri və sənəti lazımdır. Necə jurnalistə etibar edib yanında söz deyir? Bilməlidir ki, onu xəbər edəcək.

Zaur uşaq deyil, illərin aparıcısıdır. Ona pis rəy yazanlar və tənqid edən aparıcılar Zaurun işini ondan yaxşı bilmirlər. Bunu Zaur həmkarım olduğu üçün demirəm, olanı deyirəm. Mən də olsam, o addımı atardım. Qovmaq elə olmur. Qovmaq odur ki, deyəsən, “dur, rədd ol buradan, bir də səni görməyim”. Necə olur ki, müğənnilər aparıcının təqdimatını bəyənməyib, naz edib, durub efirdən gedirlər? Mənim də verilişimdə başıma gəlib. Heç onda bir söz deyən olmur”, - deyə Vüsalə açıqlamasına əlavə edib. 

Qeyd edək ki, aparıcı Zaur Kamal iranlı müğənnini efirdən qovduqdan sonra izləyicilər tərəfindən tənqidə məruz qalıb. Aparıcı Tarix Əliyev (Tolik) də etiraz edərək bu hərəkəti ölkə adına hörmətsizlik adlandırıb. 






Starxeber Bizi instagramda izləyin