22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
ARB-də işləyən Əli Mirəliyev Zaur Kamala “od püskürdü”: “Hara getmisənsə, qovulmusan da…”
Maqazin 30.06.2022 162

“Zaur Kamalın efirdə Afşin Azəriyə qarşı sözləri və hərəkətləri düzgün deyil. Qonağı elə sən və ya kanal efirə dəvət edib də. Sən gərək ona hörmət edərdin. Çünki cənubi azərbaycanlılar bizim yerlimiz və canımız-ciyərimizdir. Sən meyxana deyənləri və Üzeyir Mehdizadəni qonaq çağırıb şişirdirsən. Amma Cənubi Azərbaycandan gələn qonağın xətrinə dəyirsən. Heç utanmadın? Axı sən özün kimsən ki?! Hara getmisən, oradan qovulmusan da”. 

Bu sözləri məşhur müğənni Əli Mirəliyev Cebhe.info-ya açıqlamasında Zaur Kamalın cənubi azərbaycanlı Afşin Azəriyə qarşı hörmətsizliyinə münasibət bildirərkən deyib.
O deyib ki, Zaur Kamalı peşəkar aparıcı hesab etmir: 

“Bizdə danışığını və əsl musiqini bilən nə qədər aparıcılar var. Elgiz Əkbər, Rövşanə Ağasəfqızı, Kamran Həsənli və Zaur Baxşəliyevi nümunə göstərmək olar. Amma Zaur Kamal aparıcı kimi yararlı deyil. Onun sponsorları var və getdiyi hər kanala sponsorları ilə birgə gedir. Mən özüm də ARB-də işləyirəm, Zaur da bizim işçimizdir. Yəni mən onu dəstəkləməliyəm, amma ondan narazılıq nə qədər olar axı? Hətta ARB keçən il Zaur Kamala töhmət verdi”. 

Əli Mirəliyev “Həmin Zaur” verilişinə ümumiyyətlə, baxmadığını etiraf edib: 

“Çünki o, verilişi çox səviyyəsiz şəkildə aparır və ağzına nə gəldi danışır. Zaur danışığının əvvəli ilə sonunu bilmir və musiqidən xəbəri yoxdur. Musiqi verilişini musiqini bilən adam aparmalıdır. Amma o, musiqini bilmir, anlamır. Maşallah, boy-buxunu əladır, gedib başqa işlə məşğul olsun. Amma Zaurdan musiqini verilişinin aparıcısı ola bilməz. Bu mümkün deyil. Mən şəxsən onun verilişlərinə çıxmıram. Yəni getmək istəmirəm. Hətta bir dəfə getdim, gördüm ki, bu düzəlməyib. Onlar elə bilirlər ki, reytinqləri “dağıdırlar”, amma heç bir reytinqi “dağıtmırlar”. Zaur sadəcə sponsorların hesabına işləyir və yaşayır. İndi görək, rəhbərlik onunla bağlı nə qərar verəcək”. 
Elmir 






Starxeber Bizi instagramda izləyin