10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Konsertdən əvvəl “Xəzər TV”-də yayımlanan “Söhbət musiqidən gedir” verilişində qonaq olan xalq artisti Miri Yusif...
Maqazin 29.06.2022 200

Konsertdən əvvəl “Xəzər TV”-də yayımlanan “Söhbət musiqidən gedir” verilişində qonaq olan xalq artisti Miri Yusif sevənlərini xoş ifalarına qonaq edib. Yaddaqalan və fərqli səsləndirmə tərzi ilə sevilən müğənni uşaqlarından danışanda sentimental anlar yaşayıb. Aparıcı Leyla Quliyevanın “daha çox hansı övladınız sizin yaradıcılığınızı sevir?” sualına böyük oğlu Mirhüseynin ruhuna yaxın olduğunu qeyd edib: ”O çox həssas uşaqdır və mənim musiqilərimi yaxından duyur. Balaca oğlum isə çox dəcəldir”. 

Miri Yusif sənətdə nailiyyətlər qazanmasında valideynlərinin və ailəsinin ona verdiyi dəstəyin əvəzsiz rol oynadığını bildirib: “Onlar həmişə mənə inanıb, yanımda oldular. Hətta bacım Günay Mirbabayeva mənim ansamblımda çıxış edir”. 
3 gün davam edəcək konsertindən danışan müğənni bildirib ki, “Dəyirman” qrupu dağıldıqdan sonra repertuarına daxil etdiyi bütün mahnılarını canlı ifa edəcək: “Belə məsuliyyətli çıxışlarımdan əvvəl mən daha çox tək qalmağı sevirəm, öz dünyama çəkilirəm. Bu mənə rahatlıq bəxş edir”.  
Müğənni konsert öncəsi həmişə ruh əkizlərinə səslənir: “Mən onların varlığını hiss edirəm. Musiqini duyan və eyni zamanda anlayanları xüsusi qrupa aid edirəm”. 
Ürəyinin sözünü mahnı ilə deməyi bacaran sənətkarlardan olan Miri Yusif verilişdə aparıcı Leyla Quliyeva ilə birlikdə “Xatirə” mahnısını ifa edib. 
“Məktub” mahnısını 2 saat ərzində yazdığını qeyd edən müğənni müharibə dönəmində bu musiqinin çox aktual olduğunu qeyd edib. Verilişin sonunda Miri Yusif 3 günlük konsertində ruh əkizlərinin qarşısında  möhtəşəm performansla çıxış edəcəyini bildirib.






Starxeber Bizi instagramda izləyin