Tibb elmləri namizədi, rusiyalı uroloq-androloq Sergey Fesenko cibdəki telefonla kişi sonsuzluğu arasında əlaqə haqqında danışıb.
Fesenko bildirib ki, telefonların təhlükəsi ilə bağlı fikir onların düyməli versiyaları zamanında ortaya çıxıb. Həmin qurğular yüksək intensivlikli radio dalğalar yayıb ki, bu da müvafiq toxumaların zədələnməsinə səbəb olub. Lakin müasir mobil cihazlarda bu çatışmazlıq aradan qaldırılıb.