14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
Sumqayıtda maşından qızlara söz atdı, sonda canından oldu - TƏFƏRRÜAT
Kriminal 24.06.2022 312

Ötən ilin sentyabr ayında Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində 31 yaşlı Elgün İsmayılov qətlə yetirilib.


Operativ24.Az BAKU.WS-ə istinadən xəbər verir ki, bundan sonra prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla məlum olub ki, qətl 32 yaşlı Teymur İsmayılov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı törədilib.

T.İsmayılov istintaqa ifadəsi zamanı bildirib ki, hadisə taksi fəaliyyəti ilə məşğul olan zaman qeydə alınıb. Belə ki, Elgün İsmayılov maşını ilə hərəkət edərkən ətrafda dayanan xanımlara söz atıb. Bundan sonra T.İsmayılov E.İsmayılova etdiyi hərəkətin yanlış olduğu deyib.

Tərəflər arasında yaranan mübahisə sonda Elgünün qətlə yetirilməsi ilə nəticələnib. Bakı Ağır Cinayət Məhkəməsinin qərarı ilə Teymur İsmayılov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.






Starxeber Bizi instagramda izləyin