17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Elçin Əlibəyliyə görə "SPACE"ə XƏBƏRDARLIQ
Sosial 24.06.2022 162

Audiovizual Şuranın iclası keçirilib.


Şuradan  Operativ24.Az-a verilən məlumata görə, iclasda “Space” televiziya yayımçısının efirində 21 iyun 2022-ci il tarixdə saat 22:30-23:40 arası yayımlanan “Elin sözü” proqramında “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.4-cü (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin təbliğ olunması) və 14.1.12-ci maddələrinin (parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməsi) tələblərinin pozulması faktları müzakirə olunub.

Belə ki, yuxarıda adı çəkilən proqramın yayımı zamanı aparıcı tərəfindən “Biz hindu ağlında olmamalıyıq axı. Bir az inkişaf eləmiş vəziyyətdə olmalıyıq...” ifadəsi işlənib. Hətta bilməyərək və ya xüsusi bir məqsəd olmadan, o cümlədən Azərbaycanda yaşamayan etnik qruplar haqqında işlədilən belə tipli açıqlamalar və ya fikirər etik olmamaqla yanaşı, cəmiyyətimizə xas olmayan ksenofobiyanın yayılmasına və ayrı-ayrı tamaşaçılarda milli və ya irqi üstünlük hisslərinin yaranmasına gətirib çıxara bilər.

Eyni zamanda, şübhəli fəaliyyətlə məşğul olan ekstrasens, parapsixoloq və sairə bu kimi şəxslər tərəfindən öz fəaliyyətlərinin təbliğinə televiziya kanalınən efirində imkan yaradılması faktı da Şura tərəfindən qeydə alınmışdır ki, bu da, yeni “Media haqqında” Qanunun müvafiq müddəasının tələblərinin pozulmasıdır.

Aparılan müzakirələrdən sonra Şura üzvləri “Space” televiziyası yayımçısının efirində ilk dəfə belə halın baş verməsini və qeyd olunan proqramın aparıcısının uzunmüddətli jurnalist fəaliyyətini, bu sahədəki təcrübəsini nəzərə alaraq “Space” televiziyası yayımçısına bir daha belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiyalar tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edilməsi barədə qərar qəbul ediblər.






Starxeber Bizi instagramda izləyin