Xalq artisti Röya Ayxan Nuri Sərinləndirici ilə dueti bir milyondan çox dinlənilib.
Operativ24.Az xəbər verir ki, “Bir gün adlı” mahnı yutub platformasında hazırda trenddə ikincidir.
Musiqi ötən gün 1 milyonu aşıb, Röya instaqramda “bəyəndiyinizə sevindik, təşəkkür edirəm”, - şərhini yazıb.
Qeyd edək ki, sözügedən bəstənin müəllifləri Orxan Mürvətli və Fərid Kərimlidir. Layihənin əsas təşəbbüskarları isə adıçəkilən simaların direktorları Lamiyə Ələkbərova və Kənan Bayramovdur.