Siyasət
22.06.2022
339
“Deputatların maaşlarının artmasından xəbərim yoxdur”.
Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Etibar Əliyev deyib.
Deputat qeyd edib ki, Azərbaycan deputatlarının əməkhaqqı digər ölkələrə nisbətən xeyli aşağıdır:
“Əgər deputatların əməkhaqları qalxırsa, bu, dövlətin əməkhaqqı siyasətidir. Əlbəttə ki, maaşlarımız qalxsa, çoxsaylı problemlərin həllinə müəyyən mənada dəstək olacaq. Niyə deputat maaşı qalxanda narazılıq olur? Elə məmurlar, işçilər var ki, 5000 manatdan yuxarı əməkhaqqı alırlar. Deputata gələndə niyə narazılıq yaranır? Elələri var ki, əməkhaqları yüksəkdir, onlara niyə etiraz etmirlər? Düşünürəm ki, bu, dövlətin maaş siyasətidir”.
Fəridə