17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
“Uşaqpulu” tələb edirsən, az qala adamın gözünü çıxaralar, başına oyun gətirələr” - Deputat
Siyasət 19.06.2022 167

"Bakıdan hava yolu ilə gediş təkcə Türkiyəyə deyil, hər yerə bahadır. Biletlər Avropa ölkələrində Azərbaycandan ucuzdur. Orta Asiyada, elə Türkmənistanda qəpik-quruşdur... Gülünc səslənir ki, İrəvandan Türkiyəyə biletin ucuz olması guya ermənilərin ölkələrini boşaltmağa şəraitlə bağlıdır. Yaxşı, onda biz də hava, avtomobil, dəmir yollarını qapadaq ki, kimsə ölkəni tərk etməsin... Bu iddia məntiqsizdir axı. AZAL-ın və digər qurumların timsalında görürük ki, pul qazanmağın, insanları soymağın müxtəlif yollarını kəşf etməklə məşğuldurlar. Hər sahədə qiymətləri artırırlar”.


Bunun Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli bildirib.

"Xalqı "qara camaat” hesab elə, soy... Nə etsinlər?! Hər yer də bağlıdır. "Bakı Metropoliteni” QSC-nin keçmiş rəisi Tağı Əhmədov deyəndə ki metro dədəmdən qalıb, gülürdük. Meşəyə də, dənizə də girəndə pul tələb edirlər. Guya Allaha inanırlar, amma belə deyil, Allahları puldur. Niyyətləri xeyirxahlıq deyil, pul qazanmaqdır. Sərhədləri də bağlayıblar, insanlar gediş-gəliş edə bilmir. "Uşaqpulu” tələb edirsən, az qala adamın gözünü çıxaralar, başına oyun gətirələr. Deyirsən, necə olur, xalqa verdiyin Avropadakından 10 dəfə aşağıdır, amma aldığın Avropaya uyğundur... Cavab verən, sayan yoxdur. Nə qədər gücüm-qüvvəm var, deyəcəm, ifşa edəcəyəm. Belə deyəndə də vətəndaşların bəziləri bildirirlər ki, öyrədiblər, xalqı sakit etmək üçündür. Başa düşə bilmirəm, nə etməliyik ki?! Vicdanımız var, məsuliyyət daşıyırıq. Məmurlara səslənirəm, işinizi vicdanla görün, xalqı incitməyin. Sovet dövründə dəfələrlə demişəm ki, məhkəməyə kasıb adamları verməyin, nəyi var ki?! "Raypo”nun (rayon istehlak cəmiyyəti) sədri 100 dəfə artıq "yeyirdi”, məhkəməyə vermirdilər, amma mağazada işləyəni məsuliyyətə cəlb edirdilər. Hələ o zamanlar buna qarşı mübarizə aparmışam. Bu, dövləti, xalqın inamını sarsıdır. Bu məsələrin köklü həlli konstitusion, iqtisadi və hüquqi islahatlardan keçir. Görünür, bunun üçün da referendum lazımdır” – T.Kərimli qeyd edib.






Starxeber Bizi instagramda izləyin