10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
“Çox siqaret çəkən bir adamı ilan çalıb, nəticədə ilan özü ölüb” - Elman Nəsirov
Sosial 18.06.2022 95

"İndiyədək siqaret çəkməkdən heç kim xeyir görməyib və siqaretin vurduğu ziyan haqqında da hər kəs məlumatlıdır”.

 

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat qeyd edib ki, hər bir siqaret qutusunun üzərində onun ziyanlı olması barədə məlumat öz əksini tapıb:  
 

"Bilirik ki, siqaret qutularının üzərində "siqaret sizin sağlamlığınız üçün təhlükəlidir” sözləri qeyd olunub. Əgər bundan sonra da insan siqaret çəkirsə, bundan artıq nə söyləmək olar? Mənə elə gəlir ki, orada hər şey aydın göstərilib. Hətta, faktlarla oxumuşdum ki, çox siqaret çəkən bir adamı ilan çalıb, nəticədə ilan özü ölmüşdür. Yəni, görün ki, siqaret insan orqanizmi üçün nə qədər ziyandır. Ağciyəri tamamilə məhv edir, ancaq insanlar bilə-bilə buna gedir. Çox qəribədir ki, insan özü-özünə qənim kəsilir. Bilir ki, çox təhlükəlidir, amma deyir olsun. Hətta, qiymətlər də qalxır, amma yenə də siqaret çəkir”. "Qiymətlər qalxanda düşünürsən ki, yəqin ki, siqaretin qiyməti qalxıbsa, insanların siqaret çəkməsində kəmiyyət dəyişikliyi olar, az çəkər, amma fərq eləmir. Bilirik ki, siqaret dünyada ən gəlirli sahələrdən biridir. Dünya bazarında isə hər şeyin qiyməti qalxmaqdadır, elə avtomatik olaraq da siqaretin qiyməti qalxmaqdadır. Sadəcə, mənə elə gəlir ki, bunun yeganə çarəsi odur ki, insanlar bu vərdişə birdəfəlik yox deməlidir. Bununla həm sağlamlıqlarını, həm də ciblərindəki pullarını qorumuş olarlar,-deyə deputat sonda qeyd edib”.






Starxeber Bizi instagramda izləyin