Moda
14.06.2022
330
“"Həm maddi, həm də mənəvi çətin bir dönəmdən keçdim. Hər zaman dostlarımın yanında oldum. Təbii ki, pis günlərində. Söhbət şou-biznes dostlarından gedir. İstər həyatda, istərsə də şou-proqram cəhətdən. Amma çoxlarının əlləri bəzi yerlərə çatdıqdan sonra çox dəyişilənlər və mənim ehtiyacım olduğu zaman sınaqdan keçirdiklərim, yanımda olmayanlar oldu”.
Bu sözləri Operativ24.Az-a model Sevinc Məmmədova deyib. O, həyatından bir çox dostlarını çıxardığını qeyd edib:
“Çox uzatmayacam. Bir kəlmə, mənə yalandan dost deyənlər! Artıq mən onlara dost deyiləm. Anladım ki, çoxlarının yanında səhvən olmuşam və dost demişəm. Sayılı və etibar edəcəklərim, dəyərlilərim də var. Onlar var idi və olacaqlar da. 90%-niz artıq silindilər. Çünki heç nə bu həyatda əbədi deyil".