Türkiyənin məşhur azərbaycanlı aktrisası Nəsrin Cavadzadəylə aktyor sevgilisi Gökhan Alkan ayrılıb.
Operativ24.Az türk mətbuatına istinadən xəbər verir ki, aktyor sosial şəbəkə hesabında Nəsrini izləmədən çıxarıb və birgə şəkillərini də silib.
Aktrisa isə Alkanı izləməyə davam edir. Aşiqlərin hansı səbəbdən ayrılması isə hələlik bəlli deyil.
Qeyd edək ki, aktyor Gökhan Alkanla nişanlı olan Nəsrin Cavadzadə bu yay nikah masasına oturacaqdı. Cütlüyün toyunun isə Datça şəhərində olacağı gözlənilirdi.//bizim.media