15:57 Dünyanın tanınmış bank və texnologiya nəhənglərində azərbaycanlı etik hakerin uğur hekayəsi  |     15:18 Bağça müdirindən AĞLASIĞMAZ FIRILDAQ: "Xəstə uşağım var" adı ilə vətəndaşları belə aldadır- ŞOK FAKTLAR  |     18:08 Ümumdünya Meteorologiya Təşkilatına ilk qadın Baş Katib təyin edilib  |     16:51 "Səyyar qəbul otağı"nın bu dəfəki iştirakçıları Siyəzən rayonunun sakinləri olub  |     16:49 Dəmiryolçu övladları ilk dəfə olaraq 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününü ADY-də qeyd ediblər  |     16:47 Kaspersky Azərbaycanda uşaqların mobil cihazlar üzərindən ən çox ziyarət etdiyi tətbiqləri açıqlayıb  |     16:44 Mastercard Azərbaycan üzrə yeni ölkə meneceri təyin edib  |     16:39 Tanınmış müğənni Çelik Bakıda KONSERT VERƏCƏK  |     16:58 “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirib  |     12:50 Azərsu xırda borclar görə insanları susuz qoyub - ŞİKAYƏT  |     19:34 Red Bull Dance Your Style meydanında ən yaxşı rəqqası sən seçəcəksən  |     17:02 Dolu Kadehi Ters Tut ilk dəfə Bakıda  |     16:29 Sılanın Bakıda kiçik pərəstişkarı ilə söhbəti maraqla qarşılandı  |     15:19 "BTQ" dəmir yolu xətti Orta Dəhliz vasitəsilə daha çox yüklərin cəlb edilməsi üçün genişləndirilir  |     14:28 Klassik Səlcuqlu və Osmanlı memarlığını nümayiş etdirən evləri ilə tarixi bir Egey kəndi - Birgi  |     13:05 "Sabah"ın kapitanı gecə həyatına başladı - Murad Musayev hansı tədbir görəcək? - ŞOK  |     12:48 Tom Odell Bakıda ilk dəfə konsert verəcək  |     14:34 Sıla Bakıda konsert verəcək  |     13:04 Altuğra İƏT Səhiyyə Nazirlərinin 5-ci iclasında iştirak edəcək  |     13:03 Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri "Türk Evi" binasına hücumu pisləyib  |    
Telefonlarla bağlı XƏBƏRDARLIQ - Belə istifadə ömrü qısaldır...
Maraqlı 12.06.2022 377

ABŞ-da "Buck" İnstitutunun apardığı araşdırma nəticəsində məlum olub ki, telefon ekranına uzun müddət baxmaq həm gözlərə, həm də digər orqanlara zərər verir.


Mütəxəssislər milçəklər üzərində apardıqları araşdırmada ekran işığına daha az məruz qalanların daha uzun yaşadığını müəyyən ediblər. Onlar belə işıqların insan orqanizminə zərər verdiyini açıqlayıblar.

Uzun müddət ekranlara baxmağın gözlərdə iltihaba səbəb ola biləcəyini izah edən elm adamları, gözlərin davamlı olaraq xarici dünya ilə qarşılıqlı əlaqədə olduğuna və immun müdafiə sistemlərinin daha aktiv olduğuna diqqət çəkib.

Araşdırmaya rəhbərlik edən professor Pankaj Kapahi aşağıdakıları bildirib:

"Uzun müddət kompüter və telefon ekranlarına baxmaq və işıq çirkliliyinə məruz qalmaq sirkadiyalı nizamı pozur. Bu vəziyyət gözün immunitetini zədələyir və görmə qabiliyyətindən kənarda bədənin qalan hissələrinə və beyinə zərər verir".

Mütəxəssislər göz sağlamlığı ilə ümumi sağlamlıq arasında əlaqə olduğuna diqqət çəkiblər. Alimlər onu da vurğulayıblar ki, ekrana uzun müddət baxmaq insan ömrünü qısaldır./Sfera.az






Starxeber Bizi instagramda izləyin