14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
Şəhid anasına söyən müəllim həbs edildi - ÖZƏL
Kriminal 11.06.2022 345

Beyləqan rayonunda şəhid anasına söyən müəllim həbs edilib.   

Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, rayonun Qəhrəmanlı kəndində yaşayan şəhid Emin Məmmədovun anası Səbinə Cəfərovanı ağır söyüşlərlə təhqir edən müəllim ötən gün Beyləqan rayon Məhkəməsinin qərarı ilə 7 gün azadlıqdan məhrum edilib.  

Həbs edilən şəxs Hətəmov Turan Bəhmən oğlu əslən Füzuli rayonundandır.  

O, Beyləqanın Qəhrəmanlı kəndində yerləşən Füzuli rayonu 16 saylı məktəbdə informatika müəllimi işləyir.  

Onu da qeyd edək ki, məhkəmə prosesi zamanı Turan Hətəmov psixoloji problemləri olduğunu, həmçinin bu səbəbdən tez-tez psixotrop həblər qəbul etdiyini deyib. Maraqlıdır, görəsən Füzuli rayon təhsil şöbəsinə hansı qanun imkan verir ki, psixoloji problemi olan birinin muəllim işləməsinə əmr versin?  
Xatırladaq ki, şəhid anası ilə "müəllim" arasında mübahisə şəhidin xatirə lövhəsinin ətrafının çirkləndirilməsi ilə bağlı olub. O, şəhid anasına ağır söyüşlər söyərək təhqir etmişdi.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu






Starxeber Bizi instagramda izləyin