17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
"Ərə getdiyim adamı axtarıb tapmamışam" - Van Dammın gəlini
Maqazin 7.06.2022 305

Xəbər verdiyimiz kimi, Hollivud ulduzu Jan Kloud Van Dammın oğlu Kristoferlə ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə Bakıda xına mərasimi edib.


Operativ24.Az  xəbər verir ki, Suada sosial şəbəkədə ona tənqid yazanlara cavab verib:

“Belə mesajlardan bölüşüm siz də görün. 1 il ərzində minlərlə belə mesajlar və şərhlər gəlib. Anladığım qədəriylə əsl sevginin nə olduğunu anlamayanlar çoxdur. Bizim sevgimizdə ən vacib olanlardan qadına və ailəyə hörmət, sevgi var. Anlayış və bir-birimizin iç aləmlərinin uyğun gəlməsi var. Burada ad heç bir rol oynamır. Ərə getdiyim adamı da mən axtarıb tapmamışam. Allah özü bizi qovuşdurub. Biz ruh yoldaşlarıyıq.

Xahiş edirəm, internetdə nə isə yazarkən digər insanların da duyğuları olduğunu unutmayın. Hər kəsə Allah bir alın yazısı yazıb. Onu da özünüzdən belə iç neqativinizi cəmiyyətə yayaraq uzaqlaşdırırsınız. Başqalarına nə qədər xoş olarsanız o qədər də xoş sizə qayıdacaq. Təki mənimlə ərimin arasında olan sevgi və anlayış dolu münasibət bizim subay qızlara nəsib etsin. Neqativ yayan insanların da Allah yollarını açıq etsin və iç aləmlərinin, düşüncələrinin sərhədlərini genişləndirməyə şans açaraq əsl sevginin nə olduğunu, sevginun milliyətə, dinə qarışdırmağın necə də düzgün olmadığını anlamağa imkan yaratsın. Əsas insanın ruhudur. O təmizdirsə, həyatı da ruhu kimi gözəl olur. Gözəl insanları da özünə çəkir".

//shownews.az






Starxeber Bizi instagramda izləyin