14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
Bakıda narkotika görə tutulan Qarabağ qazisinə 6 il hökm oxundu
Kriminal 4.06.2022 124

Bakıda satış məqsədi ilə külli miqdarda narkotik vasitələrinin qanunsuz olaraq əldə edərək üzərində saxlamaqda təqsirləndirilən Elşad Zülfiqarlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Operativ24.Az  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri Seymur Kərimov və Ayaz Məmmədzadə müdafiə çıxışları ediblər.

Müdafiəçilər hesab ediblər ki, təqsirləndirilən şəxsin cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən ona bəraət hökmü çıxarılmalıdır:

“Təqsirləndirilən şəxs ikinci Qarabağ Müharibəsinin iştirakçısıdır. Müəyyən psixoloji və fizioloji travmaları var və bu ekspertiza rəyinin əsaslandırıcı hissəsində də öz əksini tapıb. Bundan əlavə, polislərin məhkəmə istintaqında dindirilməsi zamanı demək olar ki, hadisəni xatırlamadıqları, həmçinin, onların istintaqa verdikləri ifadələrlə, məhkəmədə verdikləri ifadələri arasında ziddiyətlər olduğu aşkar edilib”.

Daha sonra Elşad Zülfüqarlıya hökm oxunub və o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama əsasən, hadisə ötən ilin oktyabrında Qaradağ rayonu Qobustan qəsəbəsində qeydə alınıb.

Belə ki, E. Zülfüqarlı polis əməkdaşları tərəfindən Qaradağ rayonu, Qobustan qəsəbəsi massiv 1, ev 66 saylı binanın yaxınlığında saxlanılıb.

O, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə gətirilib və üzərində aparılan şəxsi axtarış və götürmə zamanı 1 ədəd təmiz çəkisi 4, 350 qram kustar üsulla hazırlanmışm narkotik vasitə heroin, eyni zamanda, yaşadığı evdən 204, 650 qram küstar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Qeyd edək ki, Zülfüqarlı Elşad Rövşən oğlu 2-ci Qarabağ müharibəsinin iştirakçısı olub. O, “Suqovuşanın azad edilməsinə görə” medalı ilə təltif edilib.






Starxeber Bizi instagramda izləyin