Kriminal
3.06.2022
324
"Zəhər tuluğu" filminin çəkilişləri ərəfəsində filmin inzibatçısı qrim ustası olan qadının ərini bıçaqlayıb.
Operativ24.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən il oktyabrın 18-də baş verib.
O da məlum olub ki, birgə nikahdan 2 övladları olan Ruxsarə ilə Fuad boşanma ərəfəsində olub. Belə ki, Ruxsarə Bağırova bir müddət əvvəl boşanmaqla bağlı məhkəməyə müraciət edibmiş. Buna səbəb isə ərinin ona qarşı şiddət göstərməsi, bir neçə dəfə iş yerinə - çəkiliş meydançasına gələrək dava salması və onu döyməsi olub.
Bakı Ağır Cinayətlər Məhkəməsi F.Bağırovu Yasamal rayonu Şərifzadə küçəsindəki binanın qarşısında bıçaqlayan M.Əbilova 4 il 6 ay müddətinə həbs cəzası verib.