15:57 Dünyanın tanınmış bank və texnologiya nəhənglərində azərbaycanlı etik hakerin uğur hekayəsi  |     15:18 Bağça müdirindən AĞLASIĞMAZ FIRILDAQ: "Xəstə uşağım var" adı ilə vətəndaşları belə aldadır- ŞOK FAKTLAR  |     18:08 Ümumdünya Meteorologiya Təşkilatına ilk qadın Baş Katib təyin edilib  |     16:51 "Səyyar qəbul otağı"nın bu dəfəki iştirakçıları Siyəzən rayonunun sakinləri olub  |     16:49 Dəmiryolçu övladları ilk dəfə olaraq 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününü ADY-də qeyd ediblər  |     16:47 Kaspersky Azərbaycanda uşaqların mobil cihazlar üzərindən ən çox ziyarət etdiyi tətbiqləri açıqlayıb  |     16:44 Mastercard Azərbaycan üzrə yeni ölkə meneceri təyin edib  |     16:39 Tanınmış müğənni Çelik Bakıda KONSERT VERƏCƏK  |     16:58 “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirib  |     12:50 Azərsu xırda borclar görə insanları susuz qoyub - ŞİKAYƏT  |     19:34 Red Bull Dance Your Style meydanında ən yaxşı rəqqası sən seçəcəksən  |     17:02 Dolu Kadehi Ters Tut ilk dəfə Bakıda  |     16:29 Sılanın Bakıda kiçik pərəstişkarı ilə söhbəti maraqla qarşılandı  |     15:19 "BTQ" dəmir yolu xətti Orta Dəhliz vasitəsilə daha çox yüklərin cəlb edilməsi üçün genişləndirilir  |     14:28 Klassik Səlcuqlu və Osmanlı memarlığını nümayiş etdirən evləri ilə tarixi bir Egey kəndi - Birgi  |     13:05 "Sabah"ın kapitanı gecə həyatına başladı - Murad Musayev hansı tədbir görəcək? - ŞOK  |     12:48 Tom Odell Bakıda ilk dəfə konsert verəcək  |     14:34 Sıla Bakıda konsert verəcək  |     13:04 Altuğra İƏT Səhiyyə Nazirlərinin 5-ci iclasında iştirak edəcək  |     13:03 Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri "Türk Evi" binasına hücumu pisləyib  |    
"Instagram"a YENİLİKLƏR GƏLİR: Profil şəklini böyütmə, izləyici sayını gizlətmə...
Maraqlı 2.06.2022 263

"Instagram"da yeni funksiya üzərində iş aparılır.


Bu barədə mobil tərtibatçı Alessandro Paluzzi "Twitter"də məlumat verib.

Onun sözlərinə görə, istifadəçilər fotoşəkilləri bir toxunma ilə görəcəklər. Bunun üçün onların etməli olduğu yeganə şey istifadəçinin profil şəklinə uzun müddət toxunmaqdır. Nəticədə profil şəklini daha böyük formada görmək mümkün olacaq.

Funksiya hazırda inkişaf mərhələsindədir və beta test istifadəçiləri üçün açıq deyil. Ona görə də funksiyanın necə olacağı haqqında çox məlumat yoxdur.

Eyni zamanda, "Instagram"da digər funksiyalar üzərində işləyirlər. Bunlardan biri istifadəçilərin sevdikləri yazıları profilin yuxarı hissəsinə yerləşdirmələridir. Bu xüsusiyyət ağıllara "Twitter"i gətirir. Həmçinin "retweet"ə bənzər repost funksiyası da gəlir. Belə ki, istifadəçilər bir addımla başqalarının yazılarını öz profillərində post kimi dərc edəcəklər.

"Instagram" bunlarla yanaşı, istifadəçilərə izləyicilərinin sayını gizlətməyə imkan verəcək funksiya üzərində işləyir. Bir çox istifadəçi və brend izləyici sayını populyarlıq və etibarlılığın bir hissəsi kimi görür. Buna görə də sözügedən funksiya bəzi istifadəçilərə mənfi təsir göstərə bilər./Oxu.az






Starxeber Bizi instagramda izləyin