17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
“Kurtlar Vadisi”nin məşhur aktrisası: “Azərbaycan serialında oynamaq istəyərəm” - EKSKLÜZİV MÜSAHİBƏ
Maqazin 1.06.2022 518

Bu gündən etibarən Cebhe.info xəbər portalında “Türk Ulduzları” rubrikası ilə görüşünüzə gələcəyik. 

Rubrikada tanınmış türk ulduzarı ilə eksklüziv müsahibələr, açıqlamalar yayımlanacaq. 

Yeni rubrikamızın ilk qonağı  “Kurtlar Vadisi Pusu” serialındakı “Qamze” obrazı ilə Türkiyədə və Azərbaycanda geniş izləyici kütləsi qazanan məşhur aktrisa Didem Taslandır. Didem Taslan “Bizim Mahalle”, “Marziye”, “Melekler Adası”, “Umutsuz Ev Kadınları”, “Bebek İşi” və “Yasak Elma” kimi reytinqli seriallarda da rol alıb. 

- Didem xanım, yeni layihələriniz varmı?


- Hazırda 1-2 serial və filmlə bağlı görüşmələrim davam edir. Mən də seriala çəkilmək istəyirəm. Həmçinin, televiziyada bir proqram üçün də danışıqlar gedir. Amma müqavilələr imzalanmadan ətraflı məlumat verə bilmirəm.

- Sizi niyə uzun müddətdir ekranlarda görə bilmirik?

- Pandemiya və sektordakı dəyişiklər ekranlarda olmamağıma təsir etdi. Bununla yanaşı, bəzən layihə, bəzən isə büdcə uyğun olmur. Təəssüf ki, belə səbəblərə görə bir müddətlik fasilə oldu. Lakin təbii ki, mənim seçimim deyildi.

- İzləyicilər sizi ən çox "Kurtlar Vadisi Pusu" serialındakı "Qamze" obrazı ilə tanıdı. Həmin obraz sizin üçün nə ifadə edir?

- İndiyə kimi 17 serialda rol almışam, amma ən çox "Kurtlar Vadisi Pusu"da tanındım. "Kurtlar Vadisi"ni çox fərqli yaş və sahələrdən olan insanlar izlədiyi üçün daha çox tanınmaq, yaddaşlarda qalmaq cəhətdən çox gözəl bir layihə idi. "Kurtlar Vadisi Pusu"nun təkrarları çox yayımlandığı və izlənildiyinə görə hələ də məni Türkiyədə və xaricdə "Qamze" olaraq tanıyanlar var. 

- Maraqlıdır, “Kurtlar Vadisi Pusu”dan sizə təklif necə gəlib?


- “Kurtlar Vadisi Pusu”da “Ahu Toros” obrazını canlandıran Nefise Karatay serialdan əvvəl də çox yaxın rəfiqəm idi. “Kurtlar Vadisi”ndə “Memati” obrazına sevgili axtarılan zaman Nefise mənim uyğun olacağımı düşünürək təklif edib. Onlar da mənim namizədlər arasında olduğumu bildirərək, təklifi qəbul ediblər. Bunun nəticəsində isə məni görüşməyə çağırdılar və razılaşdıq. 

- "Kurtlar Vadisi Pusu" serialından hələ də görüşdüyünüz məşhurlar varmı? Xüsusilə Gürkan Uygun ilə hazırda görüşmə fürsətiniz olur?

- Təəssüf ki, onunla görüşə bilmirik. Amma təbii ki, müxtəlif dəvətlərdə serialdakı bəzi dostlarımızla bir araya gəlirik. Hər kəsin həyatı fərqli olduğu üçün eyni layihədə yer almadığımız zaman görüşə bilməyimiz çətin olur. Buna baxmayaraq, Nefise Karatay çox yaxın dostumdur və onunla həftədə ən az 2-3 dəfə görüşürük. Onunla serialdan əvvəl də dostluğumuz var idi. Bu arada, serialda "Kənan" obrazını oynayan Orhan Aydın ilə də tezliklə bir filmdə çəkiləcəyik deyə görüşük.


- Bir çox məşhur aktyor və aktrisaların "Survivor" yarışmasında iştirak etdiyini görürük. Sizə belə bir təklif gəlibmi?

- Bəli, fərqli zamanlarda mənə həm yarışmada iştirak etmək, həm də aparıcı olmaq üçün təklif gəlmişdi. Amma mənə uyğun olmadığı üçün qəbul etmədim.

- Daha əvvəl Azərbaycana gəlmisiniz. Ölkəmiz haqqında təəssüratlarınızı bölüşə bilərsiniz?


- Mədəni və sosial baxımdan zəngin tarixi keçmişi olan Azərbaycan millətinin qonaqpərvərliyi çox gözəldir. Hər zaman Azərbaycandan xoşbəxt şəkildə geri qayıdırıq.

- Ölkəmizdən tanıdığınız məşhurlar varmı?

- "Sinema Güzeli" layihəsində münsif olduğum zamandan aktrisa Aysel Nazimi tanıyıram və dostumdur. Həmçinin, Anar Heybətov, Zümrüd Qasımova və Rüfət Nəzəri də tanıyıram. Onlarla da həmin layihədə münsif idik. 


- Azərbaycandan film və serialda oynamaq təklifi almısınız?

- Hələ belə bir təklif gəlməyib. Amma Azərbaycan film və seriallarında oynamaq istəyərəm. Üstəlik, bundan çox xoşbəxt olaram.

- İndiyə kimi bir çox türkiyəli məşhur Şuşaya gəlib. Sizin də Şuşaya gəlmək planınız var?

- Hələ ki, heç qismət olmayıb. Təbii ki, Şuşaya getməyi və görməyi çox istəyərəm.


Elmir
Cebhe.info






Starxeber Bizi instagramda izləyin