17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Aparıcı zarafatına görə talışlardan ÜZR İSTƏDİ
Maqazin 1.06.2022 225

“Media FM”in aparıcısı Emil Nəsirov verilişdə səsləndirdiyi fikirlərə görə tənqid olunub.


OLAY yazır ki, bununla bağlı iş adamı Rəvan Bəşirov status paylaşıb. Aparıcıya irad bildirən Bəşirov deyib ki, o, talışlarla bağlı zarafat edib:

“Media FM, sizdə Emil Nəsirov adlı aparıcı var. Ona deyin ki, saat 12 zarafatını talışlarla edənlərin aqibəti yaxşı olmur. Özü də canlı yayımda bu nə cürətdir, nə cəsarətdir? Heç kim yaxın dostu talışdır və onunla öz aralarında zarafat edir deyə ağzının açarını itirə bilməz.

Bizim 12-dən əvvəl də, sonra da hər yerimiz lap bomba kimi işləyir. Əksini iddia edənin də cavabını talışlar və dostları verəcək. Media FM-dən canlı-canlı üzr gözləyirik. Hələ ki”.

Bu məsələ ictimailəşdikdən sonra Nəsirov da feysbukda status yazıb:

“Dostlar, bu səhər efirdə talışlarla bağlı bir neçə saniyə ərzində istifadə etdiyim ifadələr haqlı olaraq narazılıqla qarşılanıb. Bəli, bu uğursuz və yersiz zarafat idi ! 12-dən sonra...” ifadəsini istifadə etməklə mən talış xalqına qarşı mənfi mövqedəmi dayanmış oluram? Əlbəttə ki, xeyr! Bəli, belə ifadələri efirə daşımaq qətiyyən yolverilməzdir. Radio sahəsində çalışdığım 10 il ərzində, ilk dəfədir bu cür arzuolunmaz halla üzləşirəm. Daimi dinləyicilərimiz də təsdiqləyərlər ki, onlarla ünsiyyətdə heç vaxt ədəb çərçivəsindən kənara çıxmamışam. Hər zaman qarşılıqlı hörmət və dostyana münasibətimiz olub, ümid edirəm bundan sonra da olacaq. Bilirsiniz ki, verilişimizin əsasını şou və zarafatlar təşkil edir. Dinləyicilərimizin əhvalını yüksəkdə tutmaq üçün əlimizdən gələni edirik. Gün ərzində istifadə etdiyimiz onlarla zarafatın fonunda bu cür yersiz ifadənin səslənməsinin sizdə yaratdığı mənfi emosiyanı anlayır və baş verən halla bağlı talış dostlarımdan, talış dinləyicilərimiz və talış xalqından üzr istəyirəm”.






Starxeber Bizi instagramda izləyin