14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
Başqasının vatsap yazışmalarını ələ keçirmək adı ilə 394 nəfəri aldatdı
Kriminal 31.05.2022 290

Sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində “Aztechnolog” adlı “İnstagram” səhifəsini idarə edən şəxslər tərəfindən maddi maraq zəminində istifadəçilərin müraciəti əsasında üçüncü şəxslərin “WhatsApp” tətbiqindəki yazışmalarının kibermüdaxilə yolu ilə gizli ələ keçirilməsi və izlənilməsi üçün təqdim olunması ilə bağlı yayılmış məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən nəzarətə götürülərək araşdırılıb.

Operativ24.Az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən bildirilib ki, məlum olub ki, 2000-ci il təvəllüdlü Bakı şəhər sakini Əsgərov Arif Həmid oğlu “İnstagram” sosial şəbəkəsində “Aztechnolog” (www.instagram.com/xakkerhuseyn) adı ilə qeydiyyatdan keçərək sözügedən səhifədə müəyyən pul müqabilində “WhatsApp” yazışmalarının ələ keçirilməsi və izlənilməsi məqsədilə elektron ünvan (keçid linki) təqdim edilməsinə dair bilərəkdən yalan məlumat yerləşdirib, bu xidmət üçün müraciət edənlər pul vəsaitlərini Arif Əsgərovun sərəncamında olan bank kartı hesabına köçürərək, ödəniş barədə qəbzlərin surətini qeyd olunan “İnstagram” səhifəsinə göndərib, lakin sonra həmin şəxslərin müvafiq səhifəni idarə edən şəxslə əlaqə yaratma cəhdləri baş tutmayıb və onlara ödədikləri vəsaitin əvəzində heç bir xidmət təqdim edilməyib.

Arif Əsgərov bu yolla 25 may 2022-ci il tarixədək olan müddət ərzində əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxs kimi gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən qanunsuz istifadə edilməklə belə tədbirlərin keçirilməsinə təhrik edib aldatdığı 394 nəfər şəxsin pul vəsaitlərini ələ keçirib.

Arif Əsgərov Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb olunub.
Hazırda araşdırmalar davam etdirilir.






Starxeber Bizi instagramda izləyin