14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
Arvadının başqasına ərə gedəcəyini eşidən kişi dəliyə döndü - Abşeronda şok olay
Kriminal 30.05.2022 136

Abşeron rayonunda 1973-cü il təvəllüdlü Amil arvadı Bahara (adlar şərti verilib - red.) xəsarət yetirib.


Operativ24.Az Teleqraf.com-a istinadən bildirir ki, hadisə bu il yanvarın 21-də Hökməli qəsəbəsində baş verib.

Amil saat 22 radələrində yaşadığı evdə Baharla qısqanclıq zəminində mübahisə edib. O, arvadını döyərək müxtəlif dərəcəli xəsarətlər yetirib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Amil bildirib ki, Baharla 13 il evli olub: "Lakin 2020-ci ildə biz boşandıq. Buna baxmayaraq barışaraq Hökməli qəsəbəsindəki evimizdə birlikdə yaşamağa davam etdik. Lakin o, sözümə baxmadığından və mənimlə kobud danışdığından aramızda bəzən mübahisələr yaranırdı".

Təqsirləndirilən şəxs qeyd edib ki, yanvarın 21-də saat 10 radələrində yaşadıqları evdə olan zaman Bahara zəng gəlib: "Mən zəng edənin kim olduğunu soruşdum. Bahar cavabında məni söydü, təhqir edərək başqa bir şəxslə evlənəcəyini bildirdi. Bundan əsəbləşdim. Əvvəl yumruqla Baharın başına vurdum, sonra başını qapının tininə çırpdım. Bahar alın nahiyəsindən xəsarət aldı. Mən evdən çıxaraq getdim".

Zərərçəkmiş şəxs qismində ifadə verən Baharın sözlərinə görə, Amil spirtli içki aludəçisi olub. Bu səbəbdən 2020-ci ildə 13 illik evliliklərinə son qoyaraq boşanıb, amma yenidən evliliklərini bərpa ediblər: "Amil yenə də spirtli içkinin təsiri altında evdə əsassız mübahisələr yaratmağa davam etdi. Hadisə baş verən günü yaşadığımız evdə telefonuma zəng gəldi. Amil telefonu əlimdən alaraq kimin zəng etdiyini soruşdu. Mübahisə yarandı. Amil yumruqla başıma vurdu, saçımdan yapışaraq məni yerə yıxdı, başımı qapının tininə çırpdı".

Zərərçəkmiş şəxsin sözlərinə görə, Amilin əlindən çıxaraq Daxili İşlər Nazirliyinin "102 xidməti-zəng" mərkəzinə baş vermiş hadisə barədə məlumat verib.

Bahar ifadəsinin sonunda ərinin hərəkətindən şikayətçi olduğunu, onun cəzalandırılmasını xahiş edib.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb.

Amil 1 il müddətinə qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla islah işləri cəzası təyin edilib.






Starxeber Bizi instagramda izləyin