22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
UEFA finalla bağlı araşdırmalara başladı - Vəziyyət təcili nəzərdən keçiriləcək
İdman 29.05.2022 122

Avropanın ali futbol qurumu UEFA polis, hakimiyyət orqanları və Fransa Futbol Federasiyası ilə birlikdə Çempionlar Liqasının finalından öncə baş verən iğtişaşlarla bağlı vəziyyəti təcili nəzərdən keçirəcək.


 Operativ24.Az xəbər verir ki, Fransanın paytaxtı Parisdə İngiltərənin “Liverpul” və İspaniyanın “Real” komandaları arasında Çempionlar Liqasının final matçının başlanması stadionun girişində azarkeşlərin təhlükəsizliyi ilə bağlı yaranan problemlər səbəbindən 37 dəqiqə gecikib.

UEFA-nın rəsmi saytının yaydığı press-relizdə bunlar qeyd olunub: “Oyundan əvvəl saxta bilet alan minlərlə azarkeş turniketləri bağlayıb. Bu, izdihamlı azarkeşlərin içəri girməyə çalışmasına səbəb olub. Oyun başlayandan sonra stadiondan kənarda insanların sayı artmaqda davam etdiyi üçün polis onları gözyaşardıcı qazdan istifadə edərək dağıdıb və stadionu tərk etməyə məcbur edib. UEFA bu hadisələrdən zərər çəkənlərə görə təəssüf hissi keçirir və təcili olaraq Fransa polisi, hakimiyyət orqanları, eləcə də Fransa Futbol Federasiyası ilə bu problemləri həll edəcək”. 

 

Xatırladaq ki, ötən gecə "Real" Çempionlar Liqasının finalında "Liverpul"a 1:0 hesabı ilə qalib gələrək tarixində 14-cü dəfə turnirin qalibi olub.






Starxeber Bizi instagramda izləyin