17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
"Kişi özünü təsdiqləmək üçün xəyanət edir"
Maqazin 25.05.2022 141

"Tez-tez xayənətlə rastlaşıram. Zəifi vurma heç vaxt. Sənin düşmənin də qarşında zəifləsə, kişilikdən deyil ki, bir şapalaq da sən ona vurasan. Taleh onu elə qarşında diz çökdürəcək ki, deyəcəksən, qurban olum sənin qüdrətinə Allah. Gözəl qadınlar ona görə xəyanətə uğrayır ki, qısqanılırlar. Özləri çox güvənirlər, arxayın olurlar. Və ya hər kəsin gözü onda olur, yanındakı insan da bunu görür. O kişi özünü təsdiqləmək üçün xəyanətə yol verir".

Operativ24.Az xəbər verir ki, bu sözləri bəstəkar Gövhər Həsənzadə "Üzə-düz" proqramında deyib.

O, qadın-kişi xəyanətindən danışıb:
"Xəyanəti bağışlamadım, heç kim bağışlaya bilməz. Sadəcə, məcburiyyətdən yaşayan insanlar var. Rəfiqəmi də bağışlamadım. O insanları reklam etmək istəmirəm. Onlar bu mövzu ilə tarixə yazılmasınlar. Rəfiqədirsə, xəyanət etməyəcək. Xəyanət edibsə, rəfiqə deyilmiş. Rəfiqə ruh əkizi sayılır. İnsan özünə aid olanı necə qopara bilər? Özünə necə xəyanət edə bilər? Axı bütöv sayılır bu iki nəfər. Aldandımsa sənə, məni avam bilmə. İnandımsa, bil ki, inanacam yenə. Acizliyimə kənardan baxıb gülmə, get, dönmə ger. Mən özümü sənə vermişəm. Bu mənim acizliyimdir? Mən sənə güvənmişəm. Əgər sən o güvəni doğrultmursansa, bu sənin mərhəmətsizliyin və qeyri-insaniliyindir. Mənim üçün bu eyib deyil".






Starxeber Bizi instagramda izləyin