Maqazin
23.05.2022
200
Xalq artisti Röya Ayxan Gəncədə iki gün ard-arda solo konsert verib.
Operativ24.Az xəbər verir ki, tədbir Gəncə Dövlət Filarmoniyasında baş tutub. Müğənni 80 dəqiqəlik musiqili gecədə 20-ə yaxın mahnısını canlı səsləndirib. 11 ildən sonra Gəncədə konsert verən sənətçinin repertuarına keçmiş və yeni mahnıları daxil edilib.
R. Ayxan konsertin ikinci günündən əvvəl Gəncədə N saylı hərbi hissəyə gedib. O, əsgərlər qarşısında çıxış edib.