10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Rəsul Çunayevdən şok qərar: Azərbaycanı tərk edir
İdman 23.05.2022 442

Azərbaycanın tanınmış yunan-Roma güləşçisi Rəsul Çunayev digər ölkənin bayrağı altında mübarizə aparmaq niyyətindədir.


Operativ24.Az offsideplus.az-a istinadən xəbər verir ki, 2015-ci ildə Las-Veqasda keçirilən dünya çempionatının qızıl, 2016-cı ildə Rio De Janeyroda təşkil olunan Yay Olimpiya Oyunlarının bürünc mükafatını qazanan 31 yaşlı idmançı "CBC Sport" telekanalının "Bizim İdman" verilişində müxtəlif ölkələrdən təkliflər aldığını bildirib:

"Sonuncu dəfə Azərbaycan millisinin heyətində 2020-ci ildə Sofiyada keçirilən Olimpiadanın lisenziyalı turnirində çıxış etmişəm. Bu turnirdən sonra zədələrin müalicəsi ilə məşğul olmuşam. İndi xalçaya qayıtmaq, çıxış etmək və qalib gəlmək istəyirəm. Başa düşürəm ki, indi 77 kiloqram çəki dərəcəsində millinin lideri Sənan Süleymanovdur və məşqçilər mənimlə hesablaşmırlar. Amma mən daha bir neçə il çıxış etmək üçün özümdə güc hiss edirəm. Avropa və Asiyanın bir neçə ölkəsi məni öz milli komandalarında döyüşməyə dəvət etdi.

Son vaxtlar mükəmməl variant seçmək üçün onların təkliflərini nəzərdən keçirirəm. Bəzi ölkələr hətta zədələrin müalicəsində də kömək etməyə hazırdırlar. Düşünmürəm ki, başqa ölkədə çıxış eləsəm, vətənimə münasibətdə yanlış olar. Bir çox tanınmış pəhləvanlar öz komandalarına düşmədikdə, başqa dövlətlər üçün mübarizə aparırlar.


İndi mənim üçün çətindir, dolandırmalı olduğum ailəm var. Buna görə də milli federasiya üçün problem olmasa, həmin ölkələrdən birini seçəcəyəm. Niyə Paris-2024 Olimpiadasına vəsiqə uğrunda mübarizə apararkən, döşəkdə Azərbaycandan olan biri ilə görüşməyək?", - deyə Çunayev qeyd edib.






Starxeber Bizi instagramda izləyin