17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
“Mənim üçün insanın yaş anlayışı yoxdur" - Altmış yaşlı əməkdar artistdən maarqlı etiraf
Maqazin 17.05.2022 346

"Təbrikiniz üçün çox sağ olun. Bu gün həmişəki kimi səhər teatra getmişəm və teatrdan da evə qayıtmışam. Axşamdan isə hazırlığımı görmüşdüm. Yəni ki, ad günümü həmiş evdə ailəmlə qeyd edirik. Öz yaxınlarımla, övladlarımla bu günümü keçirirəm"


Operativ24.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Əməkdar artist, aktrisa Mətanət Atakişiyeva deyib. Aktrisa həyatda çox pozitiv insan olduğunu bildirib:

"Mənim üçün insanın yaş anlayışı yoxdur. Şəxsən bu gün mənim altmış yaşım tamam olur, amma özümü o yaşda hiss etmirəm. Həmişə demişəm ki, daxilim, ürəyim el bil gəncdir. Ona görə də ətrafımda olan dostlarım, tanışlarım da gənclərdir. Teatrın özündə də gənc aktyor və aktrisalarla daha tez dil tapıram, ünsiyyət qururam. Yəni heç təsəvvürümə gətirə bilmirəm ki, altmış yaşım tamam olur. Həyat eşqi məndə çox güclüdür, həyatdan zövq almağı sevən insanam. Hətta çətin anlarımda da, dalana dirənəndə də özüm-özümə demişəm ki, hər şey yaxşı olacaq, şükür et. Həqiqətən də hər şey yaxşı olur. 

İnanın ki, pandemiya dövründə bir gün də evdə oturmamışam. Teatrlarımız işləməsə də seriallarım olub. Onda dörd seriala çəkilmişəm, dublyajla məşğul olmuşam. Eyni zamanda, Vaqif Msutafayevin studiyasında dublyajla məşğul olurdum. Pandemiya vaxtı çox yaradıcı bir həyat sürmüşəm və heç xəstələnməmişəm də. Təsəvvür edin ki, maskadan, spirtdən istifadə etməmişəm. Demişəm ki, Mətanət, bunları boş ver. Düzdür, amma təəssüf ki, nə qədər tanınmış insanlarımızı itirdik. 






Starxeber Bizi instagramda izləyin