17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Azərbaycanda “Sobranie” və “Winston” mağazalarda niyə tapılmır? - Açıqlama
Sosial 17.05.2022 295

Son günlər siqaret satılan köşklərdə bəzi siqaretlər satışda yoxdur, ya da qiymətləri bahalaşıb.


Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq ölkəmizdə böyük siqaret istehsalçısı olan "Tabaterra" QSC-dən bildiriblər ki, müəssisədə ümumilikdə 100-dən artıq çeşid olmaqla, yerli, o cümlədən də dünyanın ən iri istehsalçıları olan "British American Tobacco", "Japan Tobacco International", "İmperial Tobacco Group" kimi şirkətlərə məxsus beynəlxalq brendlər istehsal olunmaqdadır.

Qurumdan bildirilib ki, lisenziya əsasında istehsal etdilən beynəlxalq məhsulların istehsalı üçün tələb olunan xammallar bu ilin mart ayına kimi həmin şirkətlərin Ukraynada yerləşən fabriklərindən təchiz olunurdu. Lakin Ukraynada başlayan müharibə səbəbindən qeyd olunan xammalların fabrikimizə təchizatı mart ayından etibarən regionda yerləşən digər ölkələrdən, əsasən, Türkiyədən həyata keçirilməkdədir.

"Bildirmək istərdik ki, qeyd etdiyiniz "Sobranie" və "Winston" ticarət markaları "Japan Tobacco International" şirkətinə məxsusdur. "Winston" markalı məhsullar şirkətimiz tərəfindən 2019-cu ildən, "Sobranie" markalı məhsullar isə 2021-ci ildən fabrikimizdə istehsal olunur. Bildiyiniz kimi, hazırda regionda davam edən müharibə səbəbindən dünyada logistika sahəsində çətinliklər yaşanmaqdadır və bu səbəbdən yuxarıda qeyd olunan markaların bəzi çeşidləri üçün xammalların təchizat ölkəsi üzrə dəyişiklik prosesi daha çox vaxt tələb etmişdir. Qeyd etmək istərdik ki, yuxarıda qeyd olunan çeşidlər üzrə də xammal təchizatı üçün mənbə artıq təyin olunmuş və yaxın zamanlarda təchizatçı şirkət tərəfindən tələb olunan xammallar müəssisəmizə göndəriləcəkdir.

Eyni zamanda, bildiririk ki, müəssisəmiz tərəfindən istehsal olunan digər çeşidlərin tədarükündə heç bir problem yoxdur və davamlı şəkildə bazara təqdim olunmaqdadır", - məlumatda qeyd edilib.






Starxeber Bizi instagramda izləyin