17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Rusiya öz "Coca-Cola"sını yaratdı - "Kоmi Kola"
Sosial 13.05.2022 220

Rusiyada "Coca-Cola"nın yerli versiyası yaradılıb.


Operativ24.Az baku.ws-ə istinadən xəbər verir ki, qonşu ölkənin bazarlarında artıq satışa çıxarılan məhsul Komi Respublikasında istehsal edildiyindən ona "Komi Kola" adı verilib. Yerli içki "Coca-Cola" şirkətinin Rusiya bazarlarından geri çəkilməsinə cavab olaraq ərsəyə gətirilib.

Bu haqda Komi Republikasının rəsmi Teleqram səhifəsində məlumat verilib.

"Komi Respublikasının öz kolası var. Yerli məhsula tələbat hər gün dayanmadan artır", - deyə səhifədə qeyd edilib. Bildirilib ki, sakinlər yeni içkini Arxangelsk vilayətindəki mağaza rəflərində də tapa biləcəklər.

Ukraynadakı münaqişə uzanarsa, qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalarından sonra "Coca-Cola" şirkəti bu və ya digər məqamda Rusiyadakı biznesini tamamilə ixtisar edəcəyini açıqlamışdı.

Xatırladaq ki, Rusiya xarici brendin yerli versiyasını ilk dəfə yaratmır. Bundan əvvəl mart ayında qonşu ölkədə "Dyadya Vanya" adlı yeni ticarət nişanı qeydiyyata alıb. Yeni ticarət nişanının loqotipi McDonald's restoranlar şəbəkəsinin loqotipinə olduqca oxşardır. "Dyadya Vanya" yeməklərin hazırlanması və evə çatdırılması ilə əlaqəli olan yeni ticarət nişanıdır.

Dünyaca məşhur McDonald's restoranlar şəbəkəsi də Ukraynadakı böhrandan dolayı Rusiyada fəaliyyətini dayandırdığını açıqlamışdı.






Starxeber Bizi instagramda izləyin