Hadisə
11.05.2022
146
Sumqayıtda “Hyundai” markalı mikroavtobus aşıb, xəsarət alanlar var.
Operativ24.Az-in məlumatına görə, hadisə Sumqayıt Texnologiyalar Parkının qarşısından keçən avtomobil yolunda qeydə alınıb.
Şirkətə məxsus mikroavtobusun sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarina aşırıb.
Qəza nəticəsində 7 nəfər xəsarət alıb. Onlara xəstəxanada tibbi yardım göstərildikdən sonra ambulator nəzarətə göndəriliblər.
Faktla bağlı araşdırma aparılır. (APA)