10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Allahşükür Paşazadə Ümrə ziyarətinə gedir
Siyasət 10.05.2022 219

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 10-da Səudiyyə Ərəbistanına səfərə yola düşür.


 

Bu barədə Operativ24.Az-a İdarədən məlumat verilib.

 

Qeyd olunub ki, Məkkəyə səfərdən öncə QMİ sədri Şeyxülislam A. Paşazadə Ulu Öndərin Anım günündə - anadan olmasının 99-cu ildönümündə Fəxri Xiyabanı ziyarət edərək Heydər Əliyevin məzarı başında əziz xatirəsini yad edib, ruhuna dualar oxuyub. Daha sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı başında ruhunu yad edib.

 

Məkkə və Mədinədə Ümrə ziyarəti həyata keçirəcək Şeyxülislam A. Paşazadə şəhidlərimizi yad edəcər Allahdan rəhmət diləyəcək, ruhları üçün dualar edəcəkdir.

 

Səudiyyə Ərəbistanına səfər çərçivəsində Şeyxülislam A. Paşazadə İslam Aləmi Liqasının - Rabitə təşkilatının 11 may tarixində Krallığın paytaxtı Ər-Riyadda «Dinlərin davamçılarının ortaq dəyərləri» mövzusunda keçirəcəyi beynəlxalq konfransda iştirak edəcəkdir.

 

Tədbirdə sülhə, dinlərarası və sivilizasiyalararası dialoqun müasir problemləri, müxtəlif dinlərin sülh və harmoniyaya böyük töhfələr verə biləcək ortaq dəyərləri müzakirə ediləcəkdir. İslam Aləmi Liqasının Baş katibi Dr. Əbdülkərim Əl-İsa cənablarının dəvət məktubunda bu sahədə «töhfələr verəcək şəxslərin öncüllərindən» kimi dəyərləndirdiyi QMİ sədri Şeyxülislam A. Paşazadə Konfransda məruzə ilə çıxış edəcək.

 

Səudiyyə Ərəbistanın kralı, İki Müqəddəs Ocağın Xadimi, Əlahəzrət Kral Salman bin Əbdüləziz Əl-Saud həzrətləri və Vəliəhd - Məhəmməd bin Salman həzrətlərinin beynəlxalq konfrans iştirakçıları ilə görüşü mümkündür.






Starxeber Bizi instagramda izləyin