22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Putin hamını təəccübləndirdi: Ölən qardaşından və ölüb-dirilən anasından danışdı
Dünya 9.05.2022 549

"Atam müharibədə ağır yaralandı. Leninqradda xəstəxanada olarkən bu faciəli görünən vəziyyət anamın həyatını xilas etdi, çünki o da mühasirəyə alınmış Leninqradda idi.


Dediklərinə görə, atam onu xəstəxanada ona verilən yeməkdən verirdi".

Operativ24.Az cebhe.info-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Putin 9 Mayla bağlı veteranlara müraciətində deyib. Prezident xatirələrinə belə davam edib: "Sonra özü də huşunu itirməyə başladı, ac qaldı, çünki o, demək olar ki, hər şeyi anama verirdi. Tibb işçiləri bunu görüb gəlməyi qadağan etdilər. Atam ayağa qalxanda anamı ziyarətə getdi. Gedəndə gördü ki, evdən cəsədlər çıxarılır. Cəsədlərin arasında anamı tanıdı.

Sonra məlum oldu ki, o, hələ sağdır. Təfərrüatları danışmayacağam. Hər halda, onu geri qaytarıblar və sağ qalıb. Amma xəstələnərək dünyasını dəyişən oğullarını xilas edə bilmədilər. Bu, mənim heç vaxt görmədiyim qardaşımdır. Hər bir Leninqrad ailəsinin müharibə ilə bağlı belə bir xatirəsi var. Mənim üçün təbii ki, bu, həm də belə şəxsi məsələdir".






Starxeber Bizi instagramda izləyin